sorğu
ismayıllı rayon Lahıc bələdiyyəsində “Azərbaycanda Yerli Demokratiya həftəsi” çərçivəsində görüləcək işlərlə bağlı ümumi iclas keçirilib. Bu barədə məlumatı Lahıc bələdiyyəsi yayıb.
Lahıc Tarix-Mədəniyyət qoruğunda, Lahıc tarix -diyarşünaslıq muzeyində “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək” devizi altında tədbirlər keçirilib.
Həftə çərçivəsində Lahıc qəsəbə tam orta məktəbində 8,9,10-cu siniflər arasında “Demokratiya günümüzün tələbidir” mövzusunda esse yazı müsabiqəsi elan edilib.
Demokratiya həftəsinin 3 günü Lahıc bələdiyyəsinin sədri “Açıq qapı” günü çərçivəsində vətəndaşların qəbulunu davam etdirib.
Lahıc bələdiyyəsində “Demokratiya həftəsi“ davam edir.
Belediyye.info